[b]“Qəbələ” azarkeşləri coşğulu başladı[/b]
09.04.2017 - 20:00
[b]“Qəbələ” azarkeşləri coşğulu başladı[/b]

Azərbaycan Premyer Liqasının XXV turunda “Qarabağ” “Qəbələ”ni qəbul edəcək. Apasport.az saytının məlumatına görə, çempionluğun taleyinə böyük ölçüdə aydınlıq gətirəcək oyunöncəsi həyəcan yüksək səviyyədədi.

 

Oyuna azarkeş marağı da böyükdü. Belə ki, artıq Qəbələdən gələn fanatlar Tofiq Bəhrəmov adına Respublika stadionunun ətrafında cəmləşməyə başlayıblar. Saytımızın matça ezam olunmuş əməkdaşı xəbər verir ki, vacib oyun üçün əyalətdən Bakıya 200-dən artıq azarkeş səfər edib.

 

Qəbələli fanatlar hələ görüş başlamamışdan komandalarına dəstəklərini nümayiş etdirirlər. Belə ki, azarkeşlər stadionun ətrafında şüarlar səsləndirib və məşəl yandırıblar. Artıq azarkeşlər az-az arenaya daxil olurlar.

 

Qeyd edək ki, “Qarabağ” – “Qəbələ” matçı saat 20:30-da start götürəcək.