[b]“Qəbələ” braziliyalı və ukraynalı futbolçunu gözləyir[/b]
24.02.2016 - 17:08
[b]“Qəbələ” braziliyalı və ukraynalı futbolçunu gözləyir[/b]

Topaz Premyer Liqasının XXIII turunda öz meydanında “Xəzər Lənkəran”la qarşılaşacaq “Qəbələ” hazırlıqlarını itkilərlə davam etdirir. Klubun meneceri Səbuhi Səfiyarlının apasport.az saytına verdiyi məlumata görə, “qırmızı-qaralar”ın iki legioneri hazırda Azərbaycanda deyil.

 

Bunlar hücumameyilli yarımmüdafiəçilər Dodo və Aleksey Antonovdu. Son iki turda komandaya kömək edə bilməyən Dodo hazırda ölkəsi Braziliyada müalicə olunur. O,  fevralın 28-də ölkəmizə dönəcək.

 

Qış fasiləsindən sonra cəmi 1 qarşılaşmada iştirak edən Antonov isə müalicəsini Ukraynada davam etdirirdi və sabahdan kollektivə qoşulacaq.

 

Heç fərdi məşq də etməyən hər iki futbolçu Azərbaycana qayıtdıqdan sonra tibbi müayinədən keçəcək. Hələlik Dodonun bu ay meydana çıxmayacağı, Antonovun da “Xəzər Lənkəran”la görüşü buraxacağı dəqiqdi.

 

Qeyd edək ki, “Qəbələ” – “Xəzər Lənkəran” oyunu fevralın 27-də Qəbələ şəhər stadionunda keçiriləcək.

 

Rəvan ƏKBƏR