[b]“Qəbələ” bürünc medal qazandı[/b]
03.05.2017 - 17:01
[b]“Qəbələ” bürünc medal qazandı[/b]

“Qəbələ” bürünc medal qazanıb. Apasport.az klubun saytına istinadən xəbər verir ki, bölgə təmsilçisinin komandası U-10 Liqasında III yeri tutub.

 

AFFA-nın təşkil etdiyi yarışda bu gün final və “bürünc” uğrunda qarşılaşma keçirilib. “Qəbələ” bürünc medal uğrunda matçda “Əlincə” ilə görüşüb. Oyun “qırmızı-qaralar”ın 6:1 hesablı qələbəsi ilə başa çatıb. Beləliklə, “Qəbələ”nin ən aşağı yaş qrupu üzrə komandası mövsümü bürünc medallarla başa vurub. 

 

Qeyd edək ki, “Qəbələ” final mərhələsində “Əlincə” ilə matçadək “Azəri TİM” (0:0, 6:2), “Sumqayıt” (4:0, 3:0) və “Vətən” RİOEUG ilə (0:2, 1:5) qarşılaşıb.