[b]“Qəbələ” finala “11”lə çıxır[/b]
05.05.2017 - 10:05
[b]“Qəbələ” finala “11”lə çıxır[/b]

Azərbaycan kubokunun bu gün keçiriləcək finalında “Qarabağ”la qarşılaşacaq “Qəbələ” həlledici matça məğlubiyyətsizlik seriyası ilə çıxır. Apasport.az saytının məlumatına görə, “qırmızı-qaralar” ardıcıl iki mövsümdü kubokda uduzmur.

 

Roman Qriqorçukun yetirmələri sonuncu dəfə 2014/15 mövsümündə yenilgi acısı yaşayıb. Əyalət klubu 2015-ci martın 4-də 1/4 finalın “Simurq”la ev qarşılaşmasında azarkeşlərini üzüb – 0:3.

 

Zaqatala təmsilçisi ilə cavab oyunundan başlayan 793 günlük dövrdə isə “Qəbələ” yenilməz olub. Həmin mövsümün qolsuz bərabərliklə başa vuran komanda ötən kubok yarışını məğlubiyyətsiz tərk edib.

 

2015/16 mövsümündə “qırmızı-qaralar” “Mil-Muğan” (7:0) və “Zirə”ni (2:1, 5:1) adlasa da, yarımfinalda “Neftçi” səddinə ilişib – 1:1, 1:1, pen. 3:4.

 

Cari mövsümdə “Zaqatala” (2:2, pen. 4:1), AZAL (2:1, 1:0) və “İnter” (3:1, 2:0) klublarını sıradan çıxaran əyalət təmsilçisi finala yüksəlib. Son 11 matçda 8 qələbə qazanan komanda cəmi 3 dəfə bərabərliklə kifayətlənib.