Topaz Premyer Liqasının XXXV turunda AZAL-a qalib gələn (2:0) “Qəbələ”nin futbolçuları 1 günlük istirahətə buraxılıb. Apasport.az saytının məlumatına görə, “qırmızı-qaralar” ölkə çempionatının son turu çərçivəsində “Kəpəz”lə oyunun hazırlığına sabahdan start verəcəklər.
“Qəbələ”nin 4 futbolçusu – Rafael Santos, Luis Hilario Dodo, Elvin Camalov və Sergey Zenyov cari mövsümü vaxtından əvvəl bitiriblər. Belə ki, onlar hələ də zədələrini sağalda bilməyiblər. Yalnız trenajor məşqləri ilə kifayətlənən “kvartet” Gəncə səfərində də meydana çıxmayacaq. Bundan əlavə, daha bir futbolçu “Kəpəz”lə matçda “Qəbələ”nin heyətində yer almayacaq. Söhbət sarı vərəqə limitini dolduraraq, cəzalı duruma düşən Ermin Zetsdən gedir.
Matçın hazırlığını Qəbələdə keçirəcək şəhərin eyniadlı komandası Gəncəyə oyundan 1 gün qabaq, yəni mayın 20-də yollanacaq.
Qeyd edək ki, “Qəbələ” “Kəpəz”ə qalib gələcəyi təqdirdə, tarixi ərzində 3-cü dəfə Azərbaycan çempionatının bürünc medallarını qazanacaq.
- TFF-də kritik iclasın vaxtı bəlli oldu – Hacıosmanoğlu Berlin səfərindən qayıdır
- Ürəyindən əməliyyat olunmuşdu - Məşqlərə qayıtdı
- “Barselona” “Qalatasaray”la oyuna ehtiyat heyətlə çıxa bilər – SƏBƏB
- TFF Montella ilə yollarını ayırır – Təzminat ödənilməyəcək
- Entoni Teylor hakimləri tanımadığını etiraf etdi – MHK üzvlərindən kömək istədi