[b]“Qəbələ” ilə razılığa gələ bilmədik” - Sergey Zenyov[/b]
01.06.2017 - 13:15
[b]“Qəbələ” ilə razılığa gələ bilmədik” - Sergey Zenyov[/b]

“Azərbaycanda futbol mövsümü mayın 5-də yekunlaşdı. Bundan sonra ölkəmə qayıtdım”. Apasport.az saytı xəbər verir ki, bu sözləri “Qəbələ”nin sabiq futbolçusu Sergey Zenyov deyib.

 

Estoniyalı hücumçu ölkəsinin mətbuatına açıqlamasında “qırmızı-qaralar”la yollarının ayrılmasına toxunub. O bildirib ki, klub rəhbərliyi ilə yeni müqavilə məsələsində razılığa gəlmək mümkün olmayıb: “Qəbələ” ilə sözləşməmin müddəti başa çatdı. Anlaşmanın yenilənməsi haqda danışıq apardıq. Lakin ortaq məxrəcə gələ bilmədik. Hazırda Tallindəyəm. Millinin heyətində qarşıdakı oyuna hazırlaşıram”.

 

Estoniya yığması DÇ-2018-in seçmə mərhələsi çərçivəsində iyunun 9-da Belçikanı qəbul edəcək.

 

Qeyd edək ki, Sergey Zenyov “Qəbələ”yə 2015-ci ildə keçmişdi.