[b]“Qəbələ” öncə Dmitri Bezotosnını seçdi[/b]
02.05.2017 - 22:52
[b]“Qəbələ” öncə Dmitri Bezotosnını seçdi[/b]

“Qəbələ” qapıçısı Dmitri Bezotosnı ilə müqavilənin müddətini uzadıb. Apasport.az saytının məlumatına görə, bu barədə Ukrayna mətbuatı xəbər yayıb.

 

Bildirilib ki, əyalət klubu ukraynalı qapıçı ilə 2018-ci ilə kimi davam edəcək yeni anlaşmaya imza atıb.

 

Mənbə həmçinin onu da əlavə edib ki, “Qəbələ” hələlik yalnız “çərçivə qoruyucusu” ilə bağlı qərar verib. Müqavilə müddəti başa çatan digər futbolçular haqqında isə mayın 5-də baş tutacaq ölkə kubokunun finalından sonra qərar qəbul olunacaq.

 

Qeyd edək ki, Dmitri Bezotosnı 2015-ci ildən “qırmızı-qaralar”ın şərəfini qoruyur. “Qolkiper” başa çatan mövsümdə bir oyun istisna olmaqla bütün matçlarda 90 dəqiqə meydanda olub.