[b]“Qəbələ” Litva səfərində: İki oyunda 3 xal[/b]
25.02.2017 - 12:42
[b]“Qəbələ” Litva səfərində: İki oyunda 3 xal[/b]

14 yaşadək futbolçulardan ibarət komandalar arasında təşkil olunan “Ateitis Cup 2017” turnirinə start verilib. Apapsort.az saytının məlumatına görə, Litvada keçirilən yarışda “Qəbələ”nin U-14 komandası mübarizəyə qoşulub.

 

B qrupunda çıxış edən təmsilçimiz ilk oyun günündə 2 matça çıxıb. Öncə “Legion”a 0:4 hesabı ilə uduzan “qırmızı-qaralar” ardınca “Riqa” ilə üz-üzə gəlib. 3:2 hesablı qələbə əyalət klubuna 3 xal qazandırıb.

 

Qeyd edək ki, ilk oyun gününü 3 xalla başa vuran “Qəbələ” 5 komanda arasında 3-cüdü.