[b]“Qəbələ” PSJ-yə şərik çıxdı[/b]
19.10.2015 - 10:46
[b]“Qəbələ” PSJ-yə şərik çıxdı[/b]

Milli çempionatlarda ən uzun qollu seriyaya imza atan klubların siyahısı açıqlanıb. Apasport.az saytının məlumatına görə, planetin ən məhsuldar klubları arasında Azərbaycan təmsilçisi də yer alıb.

 

Ardıcıl 21 qarşılaşmadı meydanı qolsuz tərk etməyən “Qəbələ” siyahının 10-cu pilləsinə şərikdi. Roman Qriqorçukun yetirmələri Fransanın PSJ klubu ilə eyni göstəriciyə malikdi.

 

Şəriklər ardıcıl 22 Primera qarşılaşmasında qol sevinci yaşayan “Barselona”nın bir addımlığında yer alıb. Siyahıya isə Özbəkistan “Paxtakor”u başçılıq edir. Daşkənd klubu ardıcıl 43 turdu hər oyunda qol vurur.

 

Cədvəlin 2-ci pilləsində Hollandiya PSV-sidi – 36 oyun. Lüksemburq təmsilçisi “Fola” 34 qarşılaşmada meydanı qolsuz tərk etməyib.

 

Qeyd edək ki, “Qəbələ”nin qol vurmadığı sonuncu oyun bu il fevralın 10-na təsadüf edib. Ötən mövsümün “Simurq”la səfər qarşılaşmasında 0:2 hesabı ilə uduzduqdan sonra “qırmızı-qaralar” ardıcıl 21 dəfə meydanı qolsuz tərk etməyib. Bu oyunlarda əyalət klubu rəqib qapılarından 42 top keçirib.

0