Qətərdə keçirilən “Aspire Tri Series” beynəlxalq turnirinə yekun vurulub. Apasport.az saytının məlumatına görə, “Qəbələ” Futbol Akademiyasının, yerli “Aspire”nin və Fransa “Mets”inin üç müxtəlif yaş qrupundan olan komandalarının mübarizə apardığı yarışın son günündə “qırmızı-qaralar” meydan sahibləri ilə görüşüb.
U-10 komandalarının oyununda Qətər təmsilçisi qalib gəlib – 7:1. “Qəbələ”nin yeganə qoluna Murad Abdullayev imza atıb. Ötən tur “Mets”ə 1:3 hesabı ilə uduzan Anar Surxayevin yetirmələri 3-cü yeri tutub.
İlk oyununda fransalılara 5:4 hesabı ilə qalib gələn U-11 komandamız da meydan sahibləri ilə matçdan xalsız ayrılıb – 0:4. Namiq Əliyevin yetirmələri turniri 2-ci pillədə başa vurublar.
U-12-lərin mübarizəsində də qalib gələn “Aspire” olub - 4:2. “Qəbələ”nin qollarına Hüseyn Hüseynzadə və Cavad Kərimov imza atıblar. Dünən “Mets”ə də uduzan (1:7) Zaur Hacıyevin yetirmələri turnirin 3-cüsü olublar.
Qeyd edək ki, U-10 və U-11-lərin yarışında “Aspire”, U-12-lərin turnirində isə “Mets” qalib adına yiyələnib.
Turnirin son oyunlarından sonra mükafatlandırma mərasimi keçirilib. Tədbirdə yarışın bütün iştirakçılarına xatirə hədiyyələri təqdim olunub.
- Premyer Liqada ayın ən yaxşı məşqçisi bəlli olub
- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”