[b]“Qəbələ” Varşava ilə vidalaşdı[/b]
19.07.2017 - 01:46
[b]“Qəbələ” Varşava ilə vidalaşdı[/b]

UEFA Avropa Liqasının II təsnifat mərhələsinin “Yagelloniya” ilə cavab oyununa Polşada hazırlaşan “Qəbələ” Varşavadan Belostoka yollanıb. Apasport.az saytının məlumatına görə, iyulun 16-dan Polşa paytaxtında hazırlıq keçən “qırmızı-qaralar” dünən günün ilk yarısında məşq edib.

 

Futbolçular toplu və topsuz təmrinləri yerinə yetiriblər. Hazırlıq prosesi “Drukarz” klubunun stadionunda baş tutub.

 

Günün ikinci yarısında isə “Qəbələ” oyunun keçiriləcəyi Belostoka yollanıb. “Qırmızı-qaralar” “İbis otel”də məskunlaşıb. Bu gün təmsilçimiz matçın baş tutacağı Belostok şəhər stadionunda oyunöncəsi son məşqinə çıxacaq. 

 

Xatırladaq ki, iyulun 20-də keçiriləcək “Yagelloniya” – “Qəbələ” oyunu Bakı vaxtı ilə saat 22:30-da başlayacaq.