[b]“Qəbələ” yeni mövsümün hazırlıqlarına başladı[/b]
11.06.2016 - 12:02
[b]“Qəbələ” yeni mövsümün hazırlıqlarına başladı[/b]

“Qəbələ” 2016-2017-ci illər mövsümünün hazırlığına start verib. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, Topaz Premyer Liqasının ötən mövsümünün son turundan sonra istirahətə buraxılan “qırmızı-qaralar” iyunun 10-da Bakıda bir araya gəlib.

 

“Qafqaz City Hotel”də məskunlaşan “Qəbələ” ilk məşqini “Bakı” klubunun bazasında gerçəkləşdirib. Komanda əsasən fiziki təmrinlərə və topsuz çalışmalara üstünlük verib. “Qırmızı-qaralar” növbəti məşqinə bu gün çıxacaq.


Qeyd edək ki, hazırlıq prosesinin 1-ci mərhələsini paytaxtda keçirən komanda məşqlərini iyunun 15-dək burada davam etdirəcək. Ardınca ölkə xaricinə yollanacaq Roman Qriqorçukun yetirmələri iyunun 16-dan 26-dək Gürcüstanın paytaxtı Tiflisdə hazırlıq keçəcək.