[b]“Qəbələ” yığma üzvünü transfer etdi[/b]
01.09.2017 - 00:43
[b]“Qəbələ” yığma üzvünü transfer etdi[/b]

“Qəbələ” transfer pəncərəsinin son günündə heyətini daha bir futbolçu ilə gücləndirib. Apasport.az saytının məlumatına görə, “qırmızı-qaralar” 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının üzvü Alen Askerovu sıralarına qatıb.

 

21 yaşlı yarımmüdafiəçi ilə 1 illik müqavilə imzalanıb.

 

2017-ci ildən Azərbaycan yığmasında çağırılan Askerovun son klubu Xorvatiyanın “Noviqrad” komandası olub.

 

Yarımmüdafiəçi 2016-cı ildən çıxış etdiyi bu kluba qədər Rusiyada “Mordoviya”nın (2012-2016) şərəfini qoruyub.