UEFA Avropa Liqasının III təsnifat mərhələsində Yunanıstanın “Panatinaikos” klubu ilə qarşılaşacaq “Qəbələ” səfərdəki ilk oyunun hazırlıqlarını davam etdirir. Apasport.az saytının məlumatına görə, Polşanın “Yagelloniya” klubu ilə II təsnifat mərhələsinin cavab matçından sonra iki gün Varşavada məşq edən “qırmızı-qaralar” Afinaya yollanıb.
Dünən Yunanıstan paytaxtına çatan komandamız “Hilton” otelində məskunlaşıb. “Qırmızı-qaralar” günün ikinci yarısında Afinada ilk məşqinə çıxıb.
Futbolçular toplu və topsuz çalışmaları yerinə yetirib. Zədə səbəbindən “Yagelloniya” ilə qarşılaşmalarda iştirak edə bilməyən Baqali Dabo artıq kollektiv çalışmalara qatılıb.
Qeyd edək ki, iyulun 27-də Afinadakı “Apostolos Nikolaidis” stadionunda baş tutacaq “Panatainaikos” – “Qəbələ” matçı Bakı vaxtı ilə saat 22:30-da başlayacaq.
- TFF-də kritik iclasın vaxtı bəlli oldu – Hacıosmanoğlu Berlin səfərindən qayıdır
- Ürəyindən əməliyyat olunmuşdu - Məşqlərə qayıtdı
- “Barselona” “Qalatasaray”la oyuna ehtiyat heyətlə çıxa bilər – SƏBƏB
- TFF Montella ilə yollarını ayırır – Təzminat ödənilməyəcək
- Entoni Teylor hakimləri tanımadığını etiraf etdi – MHK üzvlərindən kömək istədi