Ölkə kubokunun yarımfinal mərhələsi çərçivəsində aprelin 27-də “Neftçi” ilə ilk oyununa çıxacaq “Qəbələ” heyətlə bağlı ciddi problemlərlə üzləşib. Apasport.az saytının məlumatına görə, “qırmızı-qaralar”ın bir neçə futbolçusu bu görüşdə komandasına kömək edə bilməyəcək.
Müalicəsini davam etdirən Ruslan Abışov yalnız fərdi qaydada hazırlıq keçir. Onun kimi, Luis Hilario Dodo, Sergey Zenyov və Ermin Zets də fərdi məşq etməklə kifayətlənirlər. Hər 4 futbolçu “ağ-qaralar”la qarşılaşmanı buraxacaq.
Əvəzində zədəsini sağaldan Rafael Santos sıraya dönüb. Bununla belə, baş məşqçi Roman Qriqorçukun kollektivlə məşqlərə başlayan “sambaçı”ya əsas heyətdə şans verib-verməyəcəyi sual altındadı.
Qeyd edək ki, “Qəbələ” kubok görüşündən sonra ölkə çempionatının XXXII turu çərçivəsində də “Neftçi” ilə üz-üzə gələcək.