Azərbaycan Premyer Liqasının VII turunun “Kəpəz”lə oyunundan (0:2) sonra istirahətə buraxılan “Qəbələ” məşqlərini bərpa edib. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, milli komandaların oyunları ilə əlaqədar yaranan fasilə dövründə hazırlıqlara Bakıda start verən “qırmızı-qaralar” günü iki məşqlə yekunlaşdırıb.
Səhər məşqində fiziki hazırlıq keçən komanda axşam toplu çalışmalara üstünlük verib. Yığmaların düşərgələrində olan futbolçular, həmçinin zədəli Filip Ozobiç məşqlərdə iştirak etməyib. Əvəzedici heyətin 6 oyunçusu əsas komandanın hazırlığına cəlb olunub. Bir neçə müddətdi Roman Qriqorçukun rəhbərliyi altında məşq keçən Ülvi İsgəndərovla yanaşı, Ülvi İbazadə, Tural Məmmərzayev, Rövlan Muradov, Amin Seydiyev və Hacıağa Hacılı da paytaxt hazırlığına qoşulub.
Qeyd edək ki, “Qəbələ” oktyabrın 7-də “Neftçi” ilə yoxlama oyunu keçirəcək. İsmət Qayıbov adına təlim-məşq bazasında baş tutacaq görüş saat 16:00-da başlayacaq.
- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”