“Qəbələ” Topaz Premyer Liqasının XXIV turunun “Neftçi” ilə qarşılaşmasının hazrlıqlarına start verib. Apasport.az saytının məlumatına görə, Azərbaycan kubokunun 1/4 final mərhələsinin “Zirə” ilə martın 2-də keçirilən səfər oyunundan (2:1) sonra məşqlərinə ara verməyən “qırmızı-qaralar” bu dünən səhər növbəti hazırlığını gerçəkləşdirib.
Roman Qriqorçukun yetirmələri Bakı Olimpiya Stadionunda hazırlıq keçib. Dünənki matçın iştirakçıları bərpaedici məşqlə kifayətlənib. Meydana çıxmayanlar isə toplu çalışmalara üstünlük verib.
Zədə üzündən bir müddət komandadan ayrı düşən Aleksey Antonov da paytaxtdakı məşq prosesində iştirak edib. Qısa müddət fərdi məşqlə kifayətlənən ukraynalı hücumçu kollektiv çalışmalara qatılıb.
Roman Qriqorçukun yetirmələri bu gün oyunöncəsi məşqə çıxacaq. “Neftçi” ilə görüşün keçiriləcəyi “Bakcell Arena”dakı hazırlıq saat 17:00-da başlayacaq.
Xatırladaq ki, martın 5-də baş tutacaq “Neftçi” – “Qəbələ” oyunu saat 15:00-da start götürəcək.
(klub saytı)