Azərbaycan Premyer Liqasının 2016/2017 mövsümünün gümüş mükafatçısı “Qəbələ” heyətin formalaşması yönündəki fəaliyyətini davam etdirir. Klubdan apasport.az saytına verilən məlumata görə, “qırmızı-qaralar”ın daha 2 futbolçusunun taleyinə aydınlıq gəlib.
Dmitri Bezotosnı və Vitali Vernidubla yeni müqavilə imzalayan bölgə təmsilçisində baş məşqçi Roman Qriqorçuk və yarımmüdafiəçi Elvin Camalovun da qalacağı dəqiqləşmişdi. Bu dəfə isə Cavid Hüseynov və Asif Məmmədovun komandada qalıb-qalmayacağı müəyyənləşib.
Rəhbərlik hər iki futbolçu ilə əməkdaşlığı davam etdirməyə qərar verib. Hüseynov və Məmmədovun müqaviləsinin müddəti yaxın günlərdə uzadılacaq. Hər iki futbolçu ilə yeni 1 illik sözləşmə imzalanacaq.
Qeyd edək ki, Asif Məmmədov ölkə çempionatının son mövsümündə 20, Cavid Hüseynov isə 16 oyunda iştirak edib.
- Zirkzee “Mançester Yunayted”dən ayrılır
- “Fənərbaxça” – “Aston Villa” matçının hakimi müəyyənləşdi
- “Barselona”da “Qalatasaray”la oyun öncəsi ciddi itkilər – 4 futbolçu heyətdən kənarda
- “Feyenoord”un sabiq futbolçusu vəfat edib
- Haaland PSJ-nin iki futbolçusunu fərqləndirdi – “Onları izləmək heyranedicidir”