[b]“Qəbələ”də itki[/b]
08.02.2017 - 15:40
[b]“Qəbələ”də itki[/b]

Azərbaycan Premyer Liqasının XVII turunda AZAL-la qarşılaşan “Qəbələ” bir futbolçusunu itirib. Apasport.az saytının məlumatına görə, “qırmızı-qaralar”ın müdafiəçisi Vitali Vernidub sıradan çıxıb.

 

Qarşılaşmanın 39-cu dəqiqəsində top uğrunda adi epizodda sağ ayağından xəsarət alan ukraynalı futbolçu mübarizəni davam etdirə bilməyib. Nəticədə məşqçilər korpusu onu Məhəmməd Mirzəbəyovla əvəzləyib.

 

Qeyd edək ki, hazırda birinci hissəsi gedən “Qəbələ” – AZAL görüşündə hesab açılmayıb.