[b]“Qəbələ”də zədəlilərin sayı 4-ə çatdı[/b]
19.12.2016 - 16:02
[b]“Qəbələ”də zədəlilərin sayı 4-ə çatdı[/b]

Ölkə kubokunun 1/4 final mərhələsinin cavab oyunları çərçivəsində 2 gün sonra AZAL-ın qonağı olacaq “Qəbələ” matça itkilərlə çıxacaq. Apasport.az saytının məlumatına görə, baş məşqçi Roman Qriqorçuk bu görüşdə 4 futbolçunun xidmətindən istifadə edə bilməyəcək.

 

Zədəsini sağalda bilməyən Baqali Dabonun ili erkən başa çatdırdığı əvvəldən məlum idi. “Kəpəz”lə çempionat görüşündə xəsarət alaraq, əvəzlənən Elvin Camalovun da zədəsi ciddidi. Təxminən 3-4 həftəlik sıradan çıxan gənc yarımmüdafiəçi Antalya toplanışında hazırlığa başlayacaq.

 

“Qəbələ”də zədədən əziyyət çəkən digər futbolçu Rikardinyo isə artıq ölkəsinə yola salınıb. Braziliyalı müdafiəçi komandasının Türkiyə toplanışında sıraya dönəcək.

 

“Qırmızı-qaralar”ın itkiləri bununla bitmir. Komandanın aparıcı oyunçularından olan Filip Ozobiç də zədələnib. “Kəpəz”lə qarşılaşmanın ikinci hissəsində əvəzlənən xorvatiyalı futbolçunun AZAL ilə matçda iştirak edəcəyi inandırıcı görünmür.

 

Qeyd edək ki, AZAL – “Qəbələ” matçı dekabrın 21-də keçiriləcək.