[b]“Qəbələ”dən darmadağın[/b]
16.09.2016 - 19:22
Topaz Premyer Liqasında mübarizə aparan klubların əvəzedici heyətlərinin yarışında V tura start verilib. Apasport.az saytının məlumatına görə, ilk oyunda AZAL “Qəbələ”yə qonaq olub.
Görüş meydan sahiblərinin darmadağını ilə yekunlaşıb.
Bu nəticə ilə ikinci qələbəsini rəsmiləşdirən “qırmızı-qaralar” bir oyun əksik olmaqla, 7 xalla üçüncü pillədə qərarlaşıb.
Əvəzedicilərin yarışı
V tur
“Qəbələ” – AZAL – 5:0
Qollar: Ehtiram Şahverdiyev, 43; Sadiq Quliyev, 45 (p.); Ülvi İbazadə, 65; 89; Bəhlul Mustafazadə, 71
0
0