[b]“Qəbələ”nin 6 problemi[/b]
14.02.2017 - 17:33
[b]“Qəbələ”nin 6 problemi[/b]

Azərbaycan Premyer Liqasının XIX turunda “Qarabağ”la qarşılaşacaq “Qəbələ” heyətlə bağlı ciddi problemlə üzləşib. Apasport.az saytının məlumatına görə, “qırmızı-qaralar”ın 6 futbolçusu bu görüşdə meydana çıxmayacaq.

 

Yeni transfer Rasim Ramaldanov ötən tur qırmızı vərəqə aldığı üçün cəzalı duruma düşüb. Kor bağırsağından əməliyyat olunmuş Asif Məmmədov hələ də tam olaraq sıraya dönməyib.

 

Bununla yanaşı, zədəli Vitali Vernidub və Rafael Santos da “Qarabağ”la matçı buraxacaqlar. Santos Antalya toplanışında xəsarət almışdısa, Vernidub qış fasiləsindən sonra - AZAL ilə oyunda sıradan çıxmışdı.  

 

“Qəbələ”də zədəlilər cərgəsinə Elvin Camalov da qoşulub. Gənc yarımmüdafiəçinin də həftəsonu baş tutacaq qarşılaşmada meydana çıxmayacağı bildirilir. Zədədən əziyyət çəkən digər futbolçu isə Rəşad Eyubovdu.

 

Qeyd edək ki, bazar günü keçiriləcək “Qəbələ” – “Qarabağ” matçı 17:30-da start götürəcək.