[b]“Qəbələ”nin daha 3 rəqibi dəqiqləşdi[/b]
24.06.2017 - 20:02
[b]“Qəbələ”nin daha 3 rəqibi dəqiqləşdi[/b]

2017/18 mövsümünə hazırlığın ilk mərhələsini başa vuran “Qəbələ” ikinci təlim-məşq toplanışına iyunun 27-də start verəcək. Apasport.az saytının məlumatına görə, “qırmızı-qaralar” məşqlərini Avstriyanın Zalsburq bölgəsində gerçəkləşdirəcək.

 

Ötən mövsümün bürünc mükafatçısı iyulun 9-dək davam edəcək hazırlıqlar çərçivəsində 3 yoxlama matçında qüvvəsini sınayacaq.

 

“Qəbələ” iyunun 30-da Albaniyanın “Kukesi” klubu ilə üz-üzə gələcək. İyulun 4-də Roman Qriqorçukun yetirmələri Ukrayna “Dinamo”su (Kiyev) ilə qarşılaşacaq. “Qırmızı-qaralar”ın toplanışdakı son rəqibi isə Avstriyanın “Lints” komandası olacaq. Bu matç iyulun 8-də baş tutacaq.

 

Qeyd edək ki, yeni mövsümün hazırlığına iyunun 3-də Bakıda start verən “Qəbələ” ayın 7-dən 23-dək Avstriyanın Tirol bölgəsində İnnsburk şəhəri yaxınlığındakı Fulpmes qəsəbəsində təlim-məşq toplanışı keçirib və 5 yoxlama matçında qüvvəsini sınayıb.