[b]“Qəbələ”nin daha bir futbolçusu “Sumqayıt”da[/b]
07.02.2017 - 21:47
[b]“Qəbələ”nin daha bir futbolçusu “Sumqayıt”da[/b]

“Sumqayıt” heyətini daha bir futbolçu ilə gücləndirib. Apasport.az saytının məlumatına görə, “kimyaçılar” U-21 millimizin kapitanı Bəhlul Mustafazadənin keçidini həll edib.

 

Futbolçu “Qəbələ”dən ilyarımlıq icarəyə götürüb.

 

1997-ci il təvəllüdlü Bəhlul "Sumqayıt" FK-da 13 nömrəli formanı geyinəcək.

 

Qeyd edək ki, sumqayıtlılar bundan öncə "Qəbələ"nin digər gənc futbolçusu Ehtiram Şahverdiyevi heyətinə cəlb edib.