Azərbaycan çempionatının gümüş mükafatçısı “Zirə”nin daha bir futbolçusunun komandada qalıb-qalmayacağına aydınlıq gəlib. Apasport.az saytının məlumatına görə, söhbət gənc yarımmüdafiəçi Tellur Mütəllimovdan gedir.
“Zirə” “Qəbələ”dən icarəyə götürdüyü futbolçu ilə yeni müqavilə imzalayıb. Razılaşmaya əsasən, 21 yaşlı xavbek daha 1 il icarə əsasında paytaxt klubunda çıxış edəcək.
Qeyd edək ki, Rəşad Abdullayev, Ruslan Poladov, Tərzin Cahangirov, Çimezi Mbah, Dieqo Souza və Luis Alberto Diezlə vidalaşan “Zirə” Kamal Bayramov, Anar Nəzirov, Aleksandr Şemonayev, Vüqar Mustafayev, Elvin Məmmədov, Nurlan Novruzov və Nelson Bonilla ilə yeni müqavilə imzalayıb.
- “Bavariya” rəhbərliyi qərarını verdi: Kompani ilə yola davam
- Okan Buruk: "Sinqonun sağalması üçün ən azı iki həftə lazımdır"
- "Atletik"in baş məşqçisi: "9:0 hesabı ilə qalib gələcəyimiz haqda deyilənlər dəhşətdir"
- Xabi Alonso: “Arda, Mesut Özil və Quti Hernandezin qarışığıdır"
- "Arsenal" yeni rekorda imza atıb