[b]“Qəbələ”nin futbolçusu sabiq komandasına qarşı oynayacaqmı?[/b]
30.08.2017 - 10:08
[b]“Qəbələ”nin futbolçusu sabiq komandasına qarşı oynayacaqmı?[/b]

“Qarabağ”la çempionat oyunundan sonra istirahətə buraxılan “Qəbələ”nin futbolçuları sabah məşqləri bərpa edəcəklər. Apasport.az saytının məlumatına görə, “qırmızı-qaralar” IV turda “Zirə” ilə keçirəcəkləri matçın hazırlığına paytaxtda başlayacaqlar.

 

“Qəbələ”nin heyətində Elvin Məmmədov sıraya dönüb. Zədəsini tam sağaldan təcrübəli yarımmüdafiəçi sabiq komandasına qarşı oynaya biləcək. Hazırda millinin düşərgəsində olan Cavid Hüseynov da meydana çıxmaq gücündədi.

 

Baş məşqçi Roman Qriqorçuku yalnız İlqar Qurbanovun yoxluğu narahat edir. Zədədən əziyyət çəkən müdafiəçi “Zirə” ilə görüşdə də komandasına kömək edə bilməyəcək.

 

Qeyd edək ki, “Qəbələ” – “Zirə” matçı sentyabrın 9-da keçiriləcək.