[b]“Qəbələ”nin hansı ölkədə toplanış keçəcəyi dəqiqləşdi[/b]
02.06.2016 - 16:55
[b]“Qəbələ”nin hansı ölkədə toplanış keçəcəyi dəqiqləşdi[/b]

“Qəbələ”nin yay təlim-məşq toplanışı üçün hansı ölkəyə yollanacağına aydınlıq gəlib. Apasport.az saytının məlumatına görə, Gürcüstan və Türkiyə arasında seçim aparan “qırmızı-qaralar” birinci variantı üstün tutublar.

 

Bu məqsədlə “Qəbələ”nin meneceri Səbuhi Səfiyarlı tezliklə qonşu ölkəyə yola düşəcək.

 

Roman Qriqorçukun komandası əvvəldən məlum olduğu kimi, iyunun 10-da toplaşacaq. Ayın 18-dək Bakıda hazırlıq keçəcək bölgə təmsilçisi daha sonra Gürcüstana yollanacaq. “Qəbələ” hazırlığın ikinci mərhələsini Tbilisidə keçirəcək.

 

Qonşu ölkədə 2 yoxlama görüşü keçirməyi planlaşdıran “qırmızı-qaralar”ın sparrinq rəqibləri hələ bəlli deyil.

 

Qeyd edək ki, “Qəbələ” Topaz Premyer Liqasının 2015-2016 mövsümünü 3-cü pillədə başa çatdırıb.