[b]“Qəbələ”nin hazırlıq planı bəlli oldu[/b]
24.05.2016 - 11:39
[b]“Qəbələ”nin hazırlıq planı bəlli oldu[/b]

Ölkə çempionatının 2015-2016 mövsümü başa çatdıqdan sonra istirahətə yollanan “Qəbələ”nin nə vaxt toplaşacağı bəlli olub. Apasport.az saytının məlumatına görə, Avropa Liqasında oynamaq hüququ qazanan “qırmızı-qaralar” növbəti ayın 10-da bir araya gələcəklər.

 

Bakıda toplaşacaq kollektiv iyunun 18-dək paytaxtda hazırlıq keçəcək. Bundan sonra isə “Qəbələ”nin qısa müddətli toplanış üçün Azərbaycanı tərk etməsi nəzərdə tutulub. Lakin bölgə klubunun hansı ölkəyə üz tutacağı hələ müəyyənləşməyib.

 

“Qəbələ” gedəcəyi ölkədə təxminən 1 həftə qalmağı planlaşdırır. Həmin müddətdə komanda 2 yoxlama görüşündə qüvvəsini sınayacaq.

 

Qeyd edək ki, Topaz Premyer Liqasının digər təmsilçiləri – “Qarabağ”ın Avstriyada, “Zirə”, “İnter” və “Kəpəz” isə Türkiyədə təlim-məşq toplanışı keçəcəkləri dəqiqləşib.