[b]“Qəbələ”nin iştirak ərizəsi açıqlandı[/b]
12.08.2015 - 13:22
[b]“Qəbələ”nin iştirak ərizəsi açıqlandı[/b]

Avropa Liqasında Azərbaycanı təmsil edən “Qəbələ”nin pley-off mərhələsi üçün heyəti məlum olub. Apasport.az-ın məlumatına görə, UEFA-nın rəsmi saytında "Panatinaikos”la oyunlar üçün iştirak ərizəsi yayımlanıb.

 

Akademiyanın yetirməsi olan 7 futbolçu ilə birlikdə qitə futbol qurumuna 27 oyunçunun adı təqdim edilib. Baş məşqçi Roman Qriqorçuk III təsnifat mərhələsində “Apollon”la qarşılaşma üçün göndərilən iştirak ərizəsində heç bir dəyişiklik etməyib.

 

“Qəbələ”nin iştirak ərizəsi

Qapıçılar: 1. Andrey Popoviç, 22. Dmitri Bezotosnı, 33. David Petrzkeviç, 55. Süleyman Süleymanov

Müdafiəçilər: 2. Sahil Mirzəyev, 3. Vojislav Stankoviç, 8. Məhəmməd Mirzəbəyov, 13. Murad Musayev, 15. Vitali Vernidub, 20. Rikardinyo, 21. Arif Daşdəmirov, 34. Ürfan Abbasov, 44. Rafael Santos

Yarımmüdafiəçilər: 4. Elvin Camalov, 5. Georgi Floresku, 6. Rəşad Sadiqov, 7. Ermin Zets, 11. Asif Məmmədov, 14. Cavid Hüseynov, 16. Emin Zamanov, 17. Qismət Alıyev, 19. Aleksey Qay, 66. Samir Zərgərov, 97. Roman Hüseynov

Hücumçular: 9. Sergey Zenyov, 10. Dodo, 69. Aleksey Antonov

 

Qeyd edək ki, “Qəbələ” ilə “Panatinaikos” avqustun 20-də və 27-də qarşılaşacaqlar.