[b]“Qəbələ”nin müdafiəçisi üçün əlamətdar görüş[/b]
16.08.2016 - 15:33
[b]“Qəbələ”nin müdafiəçisi üçün əlamətdar görüş[/b]

Avropa Liqasının pley-off mərhələsinin “Maribor”la avqustun 18-də keçiriləcək ilk oyunu “Qəbələ”nin futbolçusu Vojislav Stankoviç üçün əlamətdar ola bilər. Apasport.az saytının məlumatına görə, Bakıdakı qarşılaşmada forma geyinsə, bu qarşılaşma serbiyalının 40-cı avrokubok görüşü olacaq.

 

29 yaşlı futbolçu indiyədək qitə kuboklarında 39 matçda 1 qol vurub. Bu oyunlardan 17-si və yeganə qol “Qəbələ” karyerasına təsadüf edib. Stankoviç digər 22 oyunu Serbiya “Partizan”ında keçirib.

 

Müdafiəçi Çempionlar Liqasında 11 qarşılaşmada iştirak edib. Avropa Liqasında 28 qarşılaşmada forma geyinən futbolçu 1 qol vurub.

 

Qeyd edək ki, Stankoviç avrokuboklarda 2010-cu ildə debüt edib.