[b]“Qəbələ”nin pley-off savaşı[/b]
03.08.2016 - 14:59
[b]“Qəbələ”nin pley-off savaşı[/b]

Sabah Avropa Liqasında III təsnifat mərhələsinə yekun vurulacaq. Apasport.az saytının məlumatına görə, Azərbaycan təmsilçisi “Qəbələ” öz meydanında Fransanın “Lill” klubunu qəbul edəcək.

 

Səfərdə qolsuz heç-heçə edən Roman Qriqorçukun yetirmələrinə bu turnirin pley-off mərhələsinə yüksəlmək üçün qolsuz heç-heçə də kifayətdi. Çətin Fransa səfərindən 1:1 hesablı bərabərliklə qayıdan “qırmızı-qaralar” bu bacarsa, ardıcıl 3-cü dəfə yarışın pley-offunda 2 komandamız olacaq.

 

Çempionlar Liqasında uduzub, mübarizəni Avropa Liqasında davam etdirən “Qarabağ”a qoşulacağı halda, “Qəbələ” ötənilki uğuruna yaxınlaşacaq. Həmin vaxt 4 mərhələ adlayıb, qrupa vəsiqə qazanan “Qəbələ” təsnifat oyunlarında ardıcıl 6 ev matçında uduzmayıb. Bu müddətdə indi qənaətbəxş sayılacaq bir qolsuz heç-heçəylə kifayətlənən təmsilçimiz 5 qələbə qazanıb.

 

Fransa klubları ilə indiyəqədərki görüşlərdə təmsilçilərimiz qalib gəlməsə də, cari mövsüm məhsuldarlığı ilə diqqət çəkən “Qəbələ” bu tendensiyaya qon qoya bilər. Cari mövsüm meydanı qolsuz tərk etməyən əyalət klubuna kifayət qədər tanınmış rəqibini mübarizədən kənarlaşdırmaq üçün səfərdəki oyununu nümayiş etdirmək də yetərli ola bilər. Fransadakı görüşdə, xüsusilə də ilk yarıda inamlı təsir bağışlayan Qriqorçukun yetirmələrinin ev matçında da eyni uğuru təkrarlayacağı gözləniləndi.

 

Qeyd edək ki, sabah 8-ci km stadionunda baş tutacaq matç saat 21:00-da başlayacaq.

 

Avropa Liqası

III təsnifat mərhələsi

Cavab oyunu

4 avqust

21:00. “Qəbələ” (Azərbaycan) - “Lill” (Fransa)

Baş hakim: Aleksey Yeskov (Rusiya)

Baş hakimin köməkçiləri: Dmitri Mosyaqin, İqor Demeşko (hər ikisi Rusiya)

Dördüncü hakim: Vladimir Moskalev (Rusiya)

Hakim-inspektor: Oleq Çuykin (Belarus)

UEFA nümayəndəsi: Vasko Dojçinovski (Makedoniya)

Bakı. 8-ci km qəsəbə stadionu

İlk oyun – 1:1