[b]“Qəbələ”nin Polşadakı matçı saat neçədə start götürəcək?[/b]
08.07.2017 - 21:05
[b]“Qəbələ”nin Polşadakı matçı saat neçədə start götürəcək?[/b]

UEFA Avropa Liqasının II mərhələsində Polşanın “Yagelloniya” komandası ilə qarşılaşacaq “Qəbələ”nin cavab oyununun da başlama saatı bəlli olub. Apasport.az xəbər verir ki, bu barədə UEFA-nın saytında məlumat yer alıb.

 

İyulun 20-də səfərdə oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 22:30-da start götürəcək.

 

Qeyd edək ki, bu komandalar arasındakı ilk qarşılaşma iyulun 13-də Bakıda baş tutacaq. Matç saat 21:00-da başlayacaq.