“Qəbələ”nin Avropa Liqasının II təsnifat mərhələsindəki potensial rəqibi “Yagelloniya” ikinci yoxlama görüşünü keçirib. Apasport.az saytının məlumatına görə, Polşa klubu bu dəfə ölkənin aşağı liqa təmsilçisi “Stilon”u sınağa çəkib.
Qrodzisk Velkopolski şəhərində baş tutan görüş elita təmsilçisi üçün asan keçib. İlk hissədə rəqib qapısından 2 cavabsız top keçirən İrenius Mamrotun yetirmələri fasilədən sonra daha 4 qol vuraraq, böyükhesablı qələbə qazanıb.
“Yügelloniya” – “Stilon” – 6:0
Qollar: Y. Qoralski, 36, 45; P. Klimala, 52, 87; L. Sekulski, 70 (pen.), 83
“Yügelloniya”: Hubert Qostomski, Lukaş Burliqa (Ziqqi Qordon, 46), İvan Runye (Asatiani, 46), Quti (David Şimonoviç, 46), Gilyerme (Pyotr Tomasik, 46), Yaçek Qoralski (Damian Şimanski, 46), Rafal Qrzib (Taras Romançuk, 46), Arvidas Novikovas (David Polkovski, 46), Prjemislav Mistkovski, Dmitro Xomçenovski (Patrik Klimala, 46), Killian Şeridan (Lukaş Sekulski, 46)
Qeyd edək ki, “Yagelloniya” Avropa Liqasının I təsnifat mərhələsində Batumi “Dinamo”su (Gürcüstan) ilə qarşılaşacaq. Bu cütlüyün qalibi növbəti mərhələdə “Qəbələ”nin rəqibi olacaq.