[b]“Qəbələ”nin rekordçusu[/b]
17.09.2017 - 21:55
[b]“Qəbələ”nin rekordçusu[/b]

Azərbaycan Premyer Liqasının V turu çərçivəsində keçirilən “Səbail” – “Qəbələ” oyunu rekordla əlamətdar olub. Apasport.az saytının məlumatına görə, qonaqların oyunçusu Ürfan Abbasov komandasının heyətində keçirdiyi oyun sayında rekordçu olub.

 

Belə ki, sözügedən qarşılaşmaya start heyətində başlayan müdafiəçi “Qəbələ”nin heyətində 162-ci dəfə meydana çıxıb. O, bu göstəricidə “qırmızı-qaralar”ın keçmiş hücumçusu Dodonu geridə qoyub.

 

2012-ci ildən komandada çıxış edən arxa xətt oyunçusu Premyer Liqada 131, Azərbaycan kubokunda 18, avrokuboklarda 13 görüş keçirib. Abbasov bu müddətdə 3 dəfə qola sevinib.