[b]“Qəbələ”nin rəqibi 1/8 finalda[/b]
22.09.2016 - 09:20
[b]“Qəbələ”nin rəqibi 1/8 finalda[/b]

Belçika kubokunda 1/16 final mərhələsinin oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, Avropa Liqasının qrup mərhələsində “Qəbələ”nin rəqibi olan “Anderlext” öz meydanında “Leuven”lə qarşılaşıb.

 

Brüssel təmsilçisi bu görüşdə 1:0 hesabı ilə qalib gəlib. Matçın taleyini Harbouinin 52-ci dəqiqədəki qolu həll edib.

 

“Qəbələ”nin rəqibi 1/8 finalda “Şarlerua” ilə görüşəcək. Qarşılaşma noyabrın 30-da baş tutacaq.