Belçika çempionatında XIII tura yekun vurulub. Apasport.az saytının məlumatına görə, UEFA Avropa Liqasının qrup mərhələsində “Qəbələ”nin rəqiblərindən biri olan “Anderlext” səfərdə “Vasland-Beveren”lə qarşılaşıb.
Brüssel təmsilçisi bu oyunadək turnir cədvəlində sondan 2-ci pillədə qərarlaşmış komandaya məğlub olub (1:2). Autsayder matçın 1-ci dəqiqəsində İbrahim Sekin qırmızı vərəqə almasıyla meydanda azlıqda qalsa da, oyunun gedişində iki dəfə hesabda önə keçib.
Hazırda hesabında 24 xal olan “Anderlext” 2-ci pillədə qərarlaşıb.
Belçika çempionatı
XIII tur
31 oktyabr
“Vasland-Beveren” – “Anderlext” – 2:1
Qollar: Qano, 9. Kols, 32 - Teodorçik, 10