[b]“Qəbələ”nin rəqibi qələbə ilə gəlir[/b]
17.10.2015 - 09:16
[b]“Qəbələ”nin rəqibi qələbə ilə gəlir[/b]

“Qəbələ”nin Avropa Liqasındakı rəqibi Dortmund “Borussiya”sı növbəti oyununu keçirib. Apasport.az saytının məlumatına görə, Tomas Tuhelin yetirmələri Bundesliqada IX turun açılış matçına çıxıb.

 

“Borussiya”nın rəqibi Tuhelin sabiq komandası “Maynts” olub. Səfərdən 3 xalla dönməyi bacaran dortmundlular hər hissədə bir dəfə qol vurublar – 2:0. Belə ki, 18-ci dəqiqədə Marko Roys, 82-ci dəqiqədə isə Henrik Mxitaryan fərqlənib. 47-ci dəqiqədə isə Roys qazanılan penaltini qola çevirə bilməyib.

 

Bu qələbə ilə 2-ci pillədəki yerini qoruyan “Borussiya” xallarının sayını 20-yə çatdırıb. Komanda meydançaya bu heyətlə çıxıb: Roman Burku, Mats Hummels, Sokratis Papastatopulos, Ju-Hu Park, Mattias Ginter, Yulian Veyql, İlkay Gündoğan, Marko Roys (Sven Bender, 79), Şinji Kaqava (Qonzalo Kastro, 83), Henrik Mxitaryan, Pyerr-Emerik Obameyanq (Adrian Ramos, 89)

 

Qeyd edək ki, “Borussiya” Avropa Liqasında növbəti oyununu “Qəbələ”yə qarşı keçirəcək. Bu görüş oktyabrın 22-də “Bakcell Arena”da baş tutacaq.

0