[b]“Qəbələ”nin rəqibi hücumçusunu Premyer Liqa klubuna satdı[/b]
30.08.2016 - 12:36
[b]“Qəbələ”nin rəqibi hücumçusunu Premyer Liqa klubuna satdı[/b]

“Qəbələ”nin Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən “Anderlext” daha bir aparıcı futbolçusu ilə vidalaşıb. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, hücumçu Stefano Okaka Belçika təmsilçisi ilə yollarını ayırıb.

 

İtaliya millisinin üzvü karyerasını İngiltərədə davam etdirəcək. Belə ki, o, Premyer Liqada çıxış edən “Uotford” klubu ilə anlaşıb. “Anderlext” 27 yaşlı forvardın keçidindən 10 milyon avro qazanc əldə edib. Okaka özü isə “Uotford”la 5 illik müqavilə imzalayıb.

 

"Anderlext” Okakadan əvvəl bu yay aparıcı oyunçularından qapıçı Silvio Proto, həmçinin yarımmüdafiəçilər Dennis Prat və Stiven Defurla da yollarını ayırmışdı.

 

Qeyd edək ki, "Anderlext" Avropa Liqasının qrup mərhələsində "Qəbələ", "Sent-Etyen" və "Maynts"la mübarizə aparacaq.