[b]“Qəbələ”nin rəqibi liderliyi əldən verdi[/b]
23.10.2016 - 20:39
Belçika çempionatında XI tur davam edir. Apasport.az saytının məlumatına görə, Avropa Liqasının qrup mərhələsində "Qəbələ"nin rəqiblərindən olan "Anderlext" də növbəti matçına çıxıb.
“Bənövşəyilər” səfərdə “Brügge” ilə üz-üzə gəlib. Brüssel təmsilçisi bu görüşdən məğlubiyyətlə ayrılıb - 1:2. Məğlubiyyət onlara liderliyi əldən vermək bahasına başa gəlib.
Qeyd edək ki, "Anderlext" 11 turdan sonra 21 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.
0
0