[b]“Qəbələ”nin rəqibi Polşa klubu oldu[/b]
07.07.2017 - 00:37
[b]“Qəbələ”nin rəqibi Polşa klubu oldu[/b]

“Qəbələ”nin UEFA Avropa Liqasındakı ilk rəqibi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, yarışa II təsnifat mərhələsindən başlayacaq “qırmızı-qaralar” Polşanın “Yagelloniya” klubu ilə qarşılaşacaq.

 

Bunu I təsnifat mərhələsinin qarşılaşmaları rəsmiləşdirib. Polşalılar iki oyunun yekununda Gürcüstan “Dinamo”sunu (Batumi) mübarizədən kənarlaşdırıb – 1:0, 4:0.

 

“Qəbələ” və “Yagelloniya” arasında ilk oyun iyulun 13-də keçiriləcək. Bakıdakı “Bakcell Arena”da baş tutacaq görüş saat 21:00-da başlayacaq. Cavab matçı bir həftə sonra Polşada oynanılacaq.