[b]“Qəbələ”nin rəqibi səfərdə uduzdu[/b]
20.11.2016 - 21:41
[b]“Qəbələ”nin rəqibi səfərdə uduzdu[/b]

Belçika çempionatında XV turun oyunları davam edir. Apasport.az saytının məlumatına görə, UEFA Avropa Liqasında “Qəbələ”nin rəqiblərindən biri olan “Anderlext” də növbəti matçına çıxıb.

 

“Bənövşəyilər” səfərdə “Veragem”lə qarşılaşıblar. Görüş meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə başa çatıb.

 

Qeyd edək ki, 15 oyundan sonra hesabında 25 xal olan “Anderlext” turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.