[b]“Qəbələ”nin rəqibi yenə uduzmadı[/b]
09.08.2016 - 09:04
[b]“Qəbələ”nin rəqibi yenə uduzmadı[/b]

“Qəbələ”nin Avropa Liqasının pley-off mərhələsindəki rəqibi “Maribor” Sloveniya çempionatında növbəti oyununa çıxıb. Apasport.az saytının məlumatına görə, komanda Prva liqanın IV turunda lider “Lyublyana”nı qəbul edib.

 

Matçda hesabı “Maribor” açıb. 18-ci dəqiqədə Milivoye Novakoviçin qoluna qonaqlar 79-cu dəqiqədə cavab veriblər. Bununla da görüş 1:1 hesabı ilə nəticələnib. 4 turdan sonra xallarının sayını 8-ə çatdıran və hələ də məğlubiyyət üzü görməyən Darko Milaniçin yetirmələri turnir cədvəlinin 3-cü pilləsində qərarlaşırlar. Lider “Lyublyana” isə xal ehtiyatını 10-a yüksəldib.

 

“Maribor” – “Lyublyana” 1:1

Qollar: Milivoye Novakoviç, 18 – Miha Zayç, 79

“Maribor”un heyəti: Jasmin Handanoviç, Rodriqo Defendi, Marko Şuler, Erik Yanza, Denis Şme, Marvan Kabha, Aleks Piler (Dino Hotiç, 83), Dare Vrsiç, Sanni Omoregie (Markos Tavares, 70), Sintayehu Sallaliç, Milivoye Novakoviç