[b]“Qəbələ”nin rəqibinə Avropa nəhənglərindən təklif[/b]
18.11.2016 - 13:17
[b]“Qəbələ”nin rəqibinə Avropa nəhənglərindən təklif[/b]

Avropa Liqasının qrup mərhələsində “Qəbələ”nin rəqiblərindən olan “Anderlext” aparıcı futbolçularından biri ilə vidalaşa bilər. Apasport.az saytı Belçika mətbuatına istinadən xəbər verir ki, gənc oyunçu Leander Dendonker Avropa nəhənglərinin maraq dairəsinə düşüb.

 

Belə ki, dayaq yarımmüdafiəçisi, həmçinin mərkəz müdafiəçisi mövqelərində oynamağı bacaran Dendonkerlə “Barselona”, “Yuventus”, “Mançester Yunayted” və “Sevilya” klubları danışıqlara start veriblər. “Sevilya”nın skautları Belçika yığmasının da formasını geyinən Dendonkerin oyununu millinin Estoniya ilə keçirdiyi görüşdə (8:1) tribunadan izləyiblər. Həmin qarşılaşmaya start heyətində çıxan gənc futbolçu oyunun sonuna qədər meydanda qalıb.

 

Belçikalıların Dendonkeri 12 milyon avroya satmağa razı olduqları bildirilir.

 

Qeyd edək ki, “Anderlext”in “Qəbələ” ilə Bakıdakı qarşılaşması noyabrın 24-də keçiriləcək.