[b]“Qəbələ”nin sabiq futbolçu Rusiyada problemlə üzləşdi[/b]
18.08.2016 - 18:29
[b]“Qəbələ”nin sabiq futbolçu Rusiyada problemlə üzləşdi[/b]

“Qəbələ”nin sabiq futbolçusu Aleksey Qay problemlə üzləşib. Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçi Rusiyanın “Kuban” klubuna keçsə də, yeni komandasında oynamaq hüququ qazana bilmir.

 

Bu, Krasnodar təmsilçisinin hazırda yaxşı günlərini yaşamaması səbəbindəndi. Belə ki, maliyyə çətinlikləri olan “Kuban” transfer etdiyi yeni oyunçuları sifariş vərəqinə salmaq üçün sabiq futbolçularına olan borclarını tam ödəməlidi. Yevgeni Selezniyov, Aleksandr Belenov və İvelin Popova olan borclar təxminən 1 milyon avrdodu. Onların bu məbləği ödəməkdə çətinlik çəkməsi isə Qayla yanaşı, Spartak Qoqniyevin də meydana çıxmasında problem yaradıb.

 

Qeyd edək ki, rumıniyalı baş məşqçi Dan Petreskunu da yola salmaq niyyətində olan “Kuban” çalışdırıcıya 2 milyon avroluq təzminatı ödəyə bilmədiyindən yoluna onunla davam etməyə məcburdu.