“Qəbələ”nin sabiq futbolçusu Mixail Sivakov karyerasını Rusiyada davam etdirəcək. Apasport.az saytı xəbər verir ki, 29 yaşlı müdafiəçi bu ölkənin “Orenburq” klubu ilə anlaşıb.
“Qırmızı-qaralar”dan ayrıldıqdan sonra “Zarya” ilə müqavilə imzalayan Sivakov bu komandada çox qalası olmayıb. Nəticədə təcrübəli futbolçu “Orenburq”un təklifini müsbət cavablandırıb. Dayaq yarımmüdafiəçisi mövqeyində də oynamağı bacaran belaruslu yeni klubuna azad agent kimi keçib.
Yeri gəlmişkən, azərbaycanlı futbolçu Vaqif Cavadovun da adı “Orenburq”la birgə hallanır.
Qeyd edək ki, Sivakov “Qəbələ”nin heyətində Azərbaycan çempionatında 11 oyunda meydana çıxıb.