Azərbaycan Premyer Liqasının XXV turunda “Qarabağ” “Qəbələ”ni qəbul edəcək. Apasport.az saytının məlumatına görə, qarşılaşma iki komanda arasında 36-cı olacaq.
Daha əvvəl baş tutmuş 35 oyunda meydan sahibləri 16, qonaqlar isə 9 dəfə qələbəyə seviniblər. 10 görüşdə isə tarazlıq pozulmayıb.
Ağdamlılar 46 qol vurublarsa, “qırmızı-qaralar” 34 dəfə rəqibi məyus ediblər.
Maraqlıdı ki, tərəflər arasında son 4 oyunda meydan sahibi olan komanda 2 qol vuraraq qələbə qazanıb. Bundan əlavə “Qarabağ” son 3 ev oyununda məğlub olmayıb.
Qeyd edək ki, 24 oyundan sonra aktivində 52 xal olan “Qarabağ” turnir cədvəlinin birinci, 48 xallı “Qəbələ” isə ikinci pilləsində yer alıb.