“Qəbələ”dən ayrılan George Floreskunun yeni komandasının adı bəlli olub. Apasport.az Rumıniyanın dolce-sport.ro saytına istinadən xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçi karyerasını Kiprdə davam etdirəcək.
Floresku bu ölkənin “Omoniya” klubu ilə anlaşıb. O, Nikosiya təmsilçisi ilə 1 il 6 aylıq müqavilə imzalayıb.
Qeyd edək ki, Floresku karyerası ərzində “Qəbələ”dən əvvəl “Kluj”, “Şerif”, “Torpedo” (Moskva), “Arsenal” (Kiyev), “Alaniya”, “Dinamo” (Moskva) və “Astra” klublarının formasını geyinib. O, 2010-2012-ci illər ərzində şərəfini qoruduğu Rumıniya yığmasında 10 oyunda 1 dəfə fərqlənib.
- İlin ən yaxşı məşqçisi seçilib - Qvardiola 3-cü olub
- Joze Mourinyo hakimlik haqda: ”Belə bir şey görməmişəm”
- Arda Turan "Beşiktaş"a keçidi ilə bağlı: “Həmişə Qalatasaray”lı olduğumu söyləmişəm”
- Duşan Tadiç: "Kişi kimi məsuliyyəti boynumuza götürməliyik"
- “Ankaragücü” baş məşqçisi ilə yollarını ayırıb