“Barselona”nın hücumçusu Neymar maraqlı fikirləri ilə diqqət çəkib. Apasport.az saytının məlumatına görə, braziliyalı futbolçu “AS” nəşrinə müsahibəsində “Qızıl top” haqqında da danışıb.
“Təbii ki, mən də gələcəkdə “Qızıl top”u qazanmaq istəyərəm, ancaq bu, mənim üçün əsas hədəf deyil. “Qızıl top”u qazanmasam, ölməyəcəm ki. Futbolu bunun üçün oynamıram” – deyə Neymar bildirib.
Braziliyalı əlavə olaraq “Qızıl top”un kimdə olmağından asılı olmayaraq dünyanın ən yaxşı oyunçusunun Messi olduğunu deyib: “Hamı bilir ki, dünyanın ən yaxşısı Messidir. Onunla bir komandada oynamaq şərəfdir”.