[b]“Real” 19 yaşlı futbolçuya 26 milyon ödədi[/b]
05.07.2017 - 19:29
“Real” heyətinə yeni oyunçu cəlb edib. Apasport.az saytının məlumatına görə, “kral klubu” “Ateltiko”dan Teo Ernandesin transferini rellaşdırıb.
19 yaşlı sol cinah müdafiəçisi ilə 6 illik müqavilə imzalanıb. Oyunçu bazar ertəsi günü ictimaiyyətə təmsil olunacaq.
Bu keçid qarşılığında “Real” həmşəhərlilərinə 26 milyon avro ödəyəcək.
Qeyd edək ki, Fransanın U-21 yığmasının üzvü olan Teo Ernandes icarə əsasında çıxış etdiyi “Alaves”in heyətində bu mövsüm La Liqada 22 matçda meydana çıxıb.
0
0