[b]“Real” “Barselona”nı qabaqladı[/b]
11.05.2017 - 01:22
“Real” Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab matçında “Atletiko”ya 1:2 hesabı ilə məğlub olsa da, ilk oyunda əldə etdiyi qələbə sayəsində (3:0) finala çıxıb. Apasport.az saytının məlumatına görə, bununla da “kral klubu” avrokuboklarda 19-cu dəfə həlledici oyuna çıxacaq.
Geridə qalan 18 finalın 14-ü Çempionlar Kuboku və ya Çempionlar Liqasında, ikisi Kuboklar Kubokunda və ikisi isə UEFA Kuboku və Avropa Liqasında olub.
Madridlilər bu göstəricidə hər kəsi qabaqlayıb. Paytaxt təmsilçisi 18 dəfə avrokubok finalı oynamış “Barselona”nı geridə qoyub.
0
0